RU

Mourinyo “Fənərbağça”da qalacaqmı?

“Fənərbağça”nın portuqal baş məşqçisi Joze Mourinyo İstanbul klubundakı gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az “Fanatik” dərgisinə istinadən, portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən növbəti mövsümdə komandada qalacağammı? Mən növbəti mövsüm haqda danışmayacağam. Bu, kütləvi informasiya vasitələri qarşısında müzakirə edilməməli olan daxili işlərdir. Mənim yaxşı olduğum hansısa xüsus varsa, bu, bizim prezidentimizə və bizim inzibat idarəmizə hörmətimdir”, deyə “Mour” “Fənər” rəhbərliyinin gözündə “yerini şirin salıb”.

62 yaşlı Joze Mourinyo 2024-cü ilin iyul ayında “Fənərbaxça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klubu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Fənər” “Mour”un qarşısında nə az, nə çox – klubun iddialarını gerçəkləşdirmək tapşırığını qoyub.

Bu müddətdə portuqal mütəxəssis “Fənərbaxça”nı 52 oyuna çıxarıb, 32 qələbə, 12 heç-heçə, 8 məğlubiyət yaşayıb. “Fənər”in top fərqi isə 120:61 nisbətindədir.

Hazırda “Mour”un “Fənər”i Türkiyə Super Liqasının yarış cədəvlində 32 oyundan 75 xalla 2-ci pillədə qərarlaşıb.

Избранный
0
arena.az

1Источники