Dünyaca məşhur müğənni Rihanna yenə hamilədir.
Sfera.az xəbər verir ki, “Met Gala”ya qatılan sənətçinin hamilə olduğu məlum olub.
Xəbəri elə ordaca müğənninn reper həyat yoldaşı A$AP Rocky (əsl adı Rakim Mayers) təsdiqləyib. O, bunu açıqlamağın heyrətamiz hiss olduğunu deyib.
Rihanna tədbirdə qırmızı xalçada kameralara pozlar da verib.
Qeyd edək ki, Rihanna uzun müddətdir A$AP Rocky ilə birlikdədir. Cütlüyün Rza və Riot Rouz adlı iki oğlan övladı var.
Firuzə Əliyeva