RU

İrəvanda “Xankəndi qumarı” arzusu – Putinə göndərilən “kart”ın sirri

"Qarabağ məsələsi Ermənistanın daxili siyasətində rəqibləri vurmaq üçün "kart" kimi uzun müddət istifadə olunacaq".

Olaylar.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a siyasi şərhçi Mütəllim Rəhimli son vaxtlar Ermənistanda revanşistlərin aktivləşməsi və Rusiyadan xüsusilə Qarabağ məsələsi haqda kömək istəməsi haqda danışarkən deyib.

O bildirib ki, erməni siyasilər Qarabağın itirildiyini artıq qəbul ediblər:

"Lakin onun haqqında danışmaqla opponentlərini erməni ictimaiyyətinin gözündən salmağa çalışırlar. Qarabağ məsələsi həm də Ermənistanın xarici siyasətində bir faktor kimi istifadə edilməkdədir. Siyasilər bu yolla Ermənistanı "qumar"a qoyurlar. Belə ki, həm ölkələrini xarici güclərə təklif edirlər, onların siyasi maraqlarını təmin etməyə hazır olduqlarını bildirirlər, həm də daxili ictimai rəyi və siyasi xətti yönləndirmək istəyirlər.

51ec5d87a2e77bd339091fd853edd6cd

Mütəllim Rəhimli

Vitali Balasanyanın Rusiya prezidenti Vladimir Putinə müraciəti də bundan uzağa getmir. Onun Qarabağa qayıtmaq istəyi yoxdur. Bunun perspektivi olmadığını da gözəl dərk edir. Sadəcə olaraq Putinə göstərmək istəyir ki, əgər Rusiyaya regionda nəsə lazımdırsa, Balasanyan kimi vətənini satmağa hazır olan bir kəs var. 

Ermənistanın indiki durumu imkan vermir ki, o əvvəlki kimi regionda araqarışdırıcı rolunu oynaya bilsin. Bunu Rusiya da, Fransa da, başqaları da bilir. Ona görə də belə addımları diqqətdə saxlasaq da, ona ciddi yanaşmaq üçün əsas yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
0
1
olaylar.az

2Источники