RU

Tovuzda maye qazdoldurma məntəqəsi bağlandı - VİDEO

Tovuzda maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki,  Agentliyin müfəttişləri tərəfindən Tovuz rayonunun Dondar Quşçu kəndində fəaliyyət göstərən fərdi sahibkar Qasımov Aydın Məhəmmədəli oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
 
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
 
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

 

Избранный
0
33
moderator.az

10Источники