Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsi çərçivəsində “Möcüzə qida – ana südü” mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda ana südünün insan sağlamlığında rolu, bu sahədəki elmi yanaşmalar və real həyat təcrübələri peşəkar mütəxəssislərin iştirakı ilə müzakirə olunacaq.
Layihə TƏBİB-in tərəfdaşlığı, Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Nutrisiologiya və Diyetologiya Assosiasiyası ilə birgə həyata keçirilir.