RU

Qəbul imtahanı öncəsi abituriyentlər üçün vacib XƏBƏRDARLIQ

Blok imtahanına sayılı günlər qalıb. Bu isə abituriyentlərdə daha çox stressə səbəb olur. Nəticədə onlar dərslərinə tam şəkildə köklənə bilmirlər. Bəzi abituriyentlər illərlə bu imtahana hazırlaşır, digərləri isə son bir neçə ildir ciddi şəkildə çalışırlar. Hazırda havaların isinməsi və son günlərin əlavə yükləri onların yorğunluğunu daha da artırır.

 

Bəs abituriyentlər hazırlıq planlarını necə qurmalıdırlar? Son günlərdə nələrə daha çox diqqət yetirməlidirlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ekspert Elçin Əfəndiyev (Əfəndi) bildirib ki, ötən illərlə müqayisədə abituriyentlərin sayında kifayət qədər artım müşahidə olunur:

 

“Abituriyentlər hər gün imtahana bir addım daha yaxınlaşırlar. Bu mərhələdə onlar hansı mövzularda bilik və bacarıqlarının zəif olduğunu özləri daha yaxşı bilirlər. Buna görə də tövsiyə edirəm ki, imtahana qədər çətinlik çəkdikləri mövzulara daha çox diqqət yetirsinlər. Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi bütün test vəsaitlərindən istifadə etsinlər.

 

Eyni zamanda yuxu rejiminə ciddi şəkildə riayət edilməlidir. Gecə saat 00:00-dan sonra oyaq qalmamalı, minimum 6-8 saat yatmalıdırlar. Bu halda abituriyentlər imtahan stressindən bir qədər uzaqlaşa və nəticələrini daha da yaxşılaşdıra bilərlər”.

 

Ekspert əlavə edib ki, bu il bütün ixtisas qruplarında rəqabət həddindən artıq çoxdur:

 

“Eyni zamanda, ötən illərlə müqayisədə abituriyent sayında ciddi artım var. Bu artım isə müsabiqənin daha gərgin keçəcəyini göstərir.

 

Belə ki, ötən illə müqayisədə 1-ci ixtisas qrupuna müraciət edənlərin sayı bu il 987 nəfər artıb. 2-ci ixtisas qrupunda bu göstərici 2000 nəfər, 3-cü ixtisas qrupunda 3124 nəfər, 4-cü ixtisas qrupunda isə təxminən 593 nəfər təşkil edir. Bu qədər artım, sözsüz ki, müsabiqənin daha gərgin və çətin keçəcəyini açıq şəkildə göstərir. Buna görə də abituriyentlər daha diqqətli və planlı olmalıdırlar”.

Избранный
0
1
azedu.az

2Источники