RU

Arda heyran etdi -

“Real Madrid” - “Selta Viqo” oyununda start heyətdə meydana daxil olan Arda Güler barədə maraqlı statistika üzə çıxıb.

Metbuat.az xəbər verir ki, oyunda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan Ardanın uğuru bununla yekunlaşmayıb. Məlumata görə, Arda “Real”da bu mövsüm heç bir futbolçunun bacarmadığı ötürmə statistikasına imza atıb. Arda Güler bu mövsüm La Liqada bir matçda 60-dan çox ötürmədə 100% ötürmə dəqiqliyi əldə edən ilk yarımmüdafiəçi olub. Arda, “Real Madrid”də Toni Kroosdan sonra bu uğuru qazanan futbolçu kimi də diqqət çəkib. 2016-cı ildə “Valensiya” ilə matçda 80/80 ötürmə edən Toni Kroos bu statistikaya liderlik edir.

Избранный
0
1
metbuat.az

2Источники