RU

Sabunçu tuneli yenidən su ilə doldu - VİDEO

Gecə saatlarından başlayaraq müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar bəzi ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Daxil olmuş məlumatlar əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər sayəsində Bakı və Gəncə şəhərləri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib. Su basması bu dəfə də Sabunçu rayonu ərazisindəki tuneldən yan keçməyib.

Xatırladaq ki, Sabunçu rayonu ərazisindəki sözügedən tuneldə ötən ilin oktyabrında yağan yağışlar nəticəsində iki nəfər boğularaq ölmüşdü. Bundan başqa, bu ilin aprelində yağan leysan xarakterli yağışlarda da bu tuneli su basmışdı.

Избранный
0
6
qaziler.az

10Источники