RU

“Roma”nın sabiq futbolçusu Totti Rusiyaya səfəri ilə bağlı tənqidlərə cavab verib

"Roma"nın sabiq futbolçusu Totti Aprel ayında Rusiyaya səfər etdiyi üçün ölkəsində tənqid olunub.

"Roma"nın və İtaliya yığmasının sabiq hücumçusu Françesko Totti Rusiyaya səfərinin səbəbini açıqlayıb.

Operativ Media xəbər verir ki, aprelin 7-də 48 yaşlı italiyalı Moskvaya səfər edib və burada "RB Prize 2025"ə qatılıb. Bundan sonra keçmiş futbolçu Rusiyaya səfərinə görə vətənində tənqid olunub.

"Ora dəvət aldığım üçün getdim. Bu, idman tədbiri idi, getdim, bunun nə pisliyi var? Niyə də yox?", - deyə Totti bildirib.

Totti 2017-ci ildə futbolçu karyerasını başa vurub. O, karyerası boyu “Roma”da çıxış edib. Roma təmsilçisi ilə birlikdə Totti İtaliya çempionu, iki dəfə ölkə kubokunun və Superkubokunun qalibi olub. İtaliya millisinin tərkibində 2006-cı ildə dünya çempionatının qalibi olub.

Избранный
0
operativmedia.az

1Источники