RU

Azercell və ADA Universiteti Fondunun tərəfdaşlığı çərçivəsində “TechFront” akademiya-sənaye görüşü keçirildi

Azercell və ADA Universiteti Fondunun (ADAF) tərəfdaşlığı ilə “TechFront: Texnologiyanın
Sərhədlərini Kəşf Et” mövzusunda Akademiya-Sənaye görüşü baş tutdu. Tədbir
çərçivəsində süni intellekt, proqram mühəndisliyi və kibertəhlükəsizlik sahələrindəki son
tendensiyalar gündəmə gətirildi. Eyni zamanda, tədbir gənc startap və texnologiya
mütəxəssislərin bilik mübadiləsi üçün effektiv platforma rolunu oynadı.


“Risklər və təhlükəsizlik tədbirləri: Gələcəyi necə qoruyaq?” mövzusuna həsr olunmuş
paneldə Azercell-in Məlumat Təhlükəsizliyi və İnsidentlərin İdarə Edilməsi bölməsinin
rəhbəri Elnur Quluzadə və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin rəhbəri Samir Fətəliyev
forum iştirakçılarını rəqəmsal təhlükəsizlik mədəniyyəti, informasiya sistemlərinin
davamlılığı və qabaqlayıcı təhlükəsizlik tədbirləri barədə maarifləndirdilər.


“Gələcəyə baxış: Bizi nə gözləyir?” mövzusunda keçirilən sessiyalarda isə Azercell-in Data
Modelləşdirilməsi üzrə aparıcı mütəxəssisləri Süleyman Süleymanzadə və Elxan Əlizadə
süni intellektin sosial və iqtisadi təsirləri, etik aspektləri və tətbiq sahələri ilə bağlı fikir və
təcrübələrini bölüşdülər.


Tədbirdə həmçinin ADA və Corc Vaşinqton Universitetlərinin müəllimləri mövzu ilə bağlı
çıxış etdilər. ADA Universitetinin tələbələrindən ibarət startap komandaları isə innovativ
layihələrini təqdim etdilər. Forumun sonunda münsiflər heyətinin qərarı ilə “Ən Yaxşı
Startap” və “Ən Yaxşı Sual” nominasiyaları üzrə fərqlənən iştirakçılar mükafatlandırıldı.

Избранный
0
16
anews.az

10Источники