RU

T-90M və T-72B3M tanklarının yeni partiyaları sifarişçiyə çatdırılıb

“Uralvaqonzavod” (UVZ) konserni (“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxildir) T-90M “Prorıv” və T-72B3M tanklarının yeni partiyalarını Rusiya Ordusuna təhvil verib.

“Poliqon” xəbər verir ki, bu barədə “Rostex” Dövlət Korporasiyası məlumat yayıb.

Bildirilib ki, tanklar dronları məhv etmək üçün elektron döyüş sistemləri ilə təmin olunub. Bütün texnikalar antidron vasitələri, qüllənin arxasını və mühərrik ötürücü bölməsini əhatə edən rezinlə gücləndirilmiş mühafizə dəsti ilə təchiz edilib.

“Rusiyanın T-90M, T-72B3M və T-80BVM tankları müasir döyüş şəraitinə maksimum uyğunlaşdırılıb. Bütün bu göstəricilərə əsasən, onları dünyanın ən yaxşı istehsal tankları hesab etmək olar. Korporasiya zirehli texnikaların istehsalı və modernləşdirilməsi üçün çevik sistem qurub. Bu, bir tərəfdən, mürəkkəb texnikaların istehsalını dəfələrlə artırmağa imkan verir, digər tərəfdən isə real şərait tələb edərsə, texnologiyanın operativ dəyişməsini təmin edir. Dünyada heç kimdə belə uyğunlaşma sistemi yoxdur”, – deyə “Rostex” baş direktorunun birinci müavini Vladimir Artyakov qeyd edib.

Избранный
0
poliqon.az

1Источники