RU

Tramp ABŞ könüllü tərk edən miqrantlara 1000 dollar vəd edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası könüllü olaraq ölkəni tərk etməyə qərar verən qeyri-qanuni mühacirlərə 1000 dollar mükafat ödəməyə hazırdır.

AzPost bildirir ki, u barədə ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatında bildirilir.

“Departament öz ölkələrinə qayıtmaq üçün “CBP Home” mobil tətbiqi vasitəsilə mükafat ödəməyi təklif edir. Bu proqramdan istifadə edən hər bir qeyri-qanuni immiqrant öz ölkəsinə qayıtması faktını təsdiqlədikdən sonra 1000 dollar mükafat alır”, – məlumatda deyilir.

“Associated Press” agentliyi qeyd edir ki, immiqrasiya siyasətinin sərtləşdirilməsi çərçivəsində Tramp administrasiyası əvvəlki dövlət başçısı Cozef Baydenin dövründə hazırlanmış tətbiqi köklü şəkildə yeniləyib.

Son aylarda ABŞ Prezidenti qeyri-qanuni immiqrasiyaya qarşı mübarizədə bir sıra sərt tədbirlər həyata keçirib. Xüsusilə, o, ABŞ-dan qeyri-qanuni mühacirlərin deportasiyasının intensivləşdirilməsi təşəbbüslərini təsdiqləyib. Tramp andiçmə mərasimindən qısa müddət sonra Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edib.

Избранный
0
7
azpost.info

10Источники