RU

Suriyanın keçid dövrü Prezidenti sabah Fransaya gedəcək

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şara mayın 7-də Fransaya səfər edəcək. 

 

Bu barədə BFMTV telekanalı Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.

 

Bildirilib ki, o, Parisdə Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.

 

“E.Makron Fransanın yeni, azad, sabit, suveren Suriyanın qurulmasına dəstəyini təsdiqləyəcək", - mənbə qeyd edib.

 

Xatırladaq ki, Fransa prezidenti Əhməd əl-Şaranı Fransaya səfərə fevralın əvvəlində dəvət etmişdi.

Избранный
0
7
senzor.az

9Источники