RU

Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - VİDEO

Gecə saatlarından başlayaraq müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar bəzi ərazilər subasmaya məruz qalıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

Daxil olmuş məlumatlar əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər sayəsində Bakı və Gəncə şəhərləri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

Qeyd edək ki, Sabunçu rayonu ərazisindəki sözügedən tuneldə ötən ilin oktyabrında yağan yağışlar nəticəsində iki nəfər boğularaq ölmüşdü. Bundan başqa, apreldə yağan leysan xarakterli yağışlarda da Bakıdakı bir neçə tunel kimi, buranı da su basmışdı (Qafqazinfo).

Избранный
0
6
redaktor.az

10Источники