RU

İrəvan Ağsaqqallar Şurasının üzvünün avtomobili yandırılıb

İrəvan Ağsaqqallar Şurasının "Ana Ermənistan" blokundan olan üzvü Gevork Stepanyanın ailəsinə məxsus avtomobil yandırılıb.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə eyniadlı fraksiyanın rəhbəri Manuk Sukiasyan məlumat verib.

Onun sözlərinə görə, yanğın saat 04:30 radələrində başlayıb. Naməlum şəxslər pəncərəni sındıraraq salonu yandırıblar.

M.Sukiasyan baş verənlərə görə hazırkı hakimiyyətin məsuliyyət daşıdığını bildirib.

Öz növbəsində, "Ana Ermənistan" blokunun lideri Andranik Tevanyan qeyd edib ki, yanğınsöndürənlər artıq hadisə yerində işlərini başa çatdırıblar. Onun fikrincə, baş verənlər siyasi xarakter daşıyır və təzyiq formasıdır.

Избранный
0
2
report.az

3Источники