RU

Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı apreldə kəskin artıb

Bu ilin yanvar-aprel aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 403 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

Xezerxeber.az-ın Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 38 % çoxdur.

Təkcə apreldə isə 245 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 3,2 dəfə çoxdur.

Ötən il dövlət qurumlarının 857informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki illə müqayisədə 23% çoxdur.

Избранный
0
5
xezerxeber.az

9Источники