RU

“Barselona” ilə oyunöncəsi itki – “İnter”də

“İnter” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” ilə keçiriləcək cavab oyunu öncəsi itki ilə üzləşib.

Msport.az xəbər verir ki, müdafiəçi Benjamen Pavar bugünkü qarşılaşmada iştirak edə bilməyəcək.

Fransa millisinin üzvü komandanın dünənki məşqinə qatılmayıb. Səbəb aprelin 27-də aldığı baldır və topuq nahiyəsindəki ağrılardır. Bu zədə səbəbindən Pavar “Barselona”ya qarşı oyunda forma geyinməyəcək.

Qeyd edək ki, bu gün keçiriləcək “İnter” – “Barselona” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Избранный
0
msport.az

1Источники