RU

Xaçmazda iki minik avtomobil toqquşub, yaralananlar var

Xaçmaz, 6 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 6-da səhər saatlarında Xaçmaz şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin M.Rəsulzadə və Atatürk küçələrinin kəsişməsində “VAZ 21015” və “KİA” markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı avtomobillərdə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Избранный
0
5
azertag.az

8Источники