RU

Parlament nümayəndə heyəti Əbu-Dabidə Şeyx Zayed məscid kompleksi ilə tanış olub (FOTO)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Milli Məclisinsədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətiƏbu-Dabidə Şeyx Zayed məscid kompleksini ziyarət edib.

Bu barədə Trend-ə Milli Məclisin mətbuat xidmətindən məlumatverilib.

Burada qonaqlara məlumat verilib ki, ölkənin ən böyük məscidiolan bu məscid Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayedbin Sultan Əl Nəhyanın təşəbbüsü ilə inşa edilib. Cümə və bayramnamazlarında buraya gələnlərin sayı 40 min nəfərə çatır.

Məscidlə tanışlıqdan sonra spiker Sahibə Qafarova məscidinxatirə kitabına ürək sözlərini yazıb.

Parlament
Parlament
Parlament
Məqalədə:
Избранный
0
11
az.trend.az

10Источники