RU

Trampın xüsusi nümayəndəsi: İranla danışıqlarda irəliləyiş əldə edirik

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Tehranın nüvə proqramı ilə bağlı ABŞ və İran arasında danışıqların dördüncü raundu 10-11 may tarixlərində baş tuta bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun sözlərinə istinadən məlumat verib.

Stiven Uitkoff jurnalistə açıqlamasında qeyd edib ki, danışıqlar ancaq ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə səfərinə görə təxirə düşə bilər, əks təqdirdə, danışıqlar mütləq baş tutacaq.

Stiven Uitkoff bildirib ki, İranla danışıqlar müsbət xarakter daşıyır.

"Biz müəyyən irəliləyiş əldə edirik. Ümid edirəm ki, danışıqlar düzgün istiqamətdə gedir. Prezident məsələnin mümkün olduğu qədər diplomatik yolla həllini istəyir, ona görə də danışıqların irəliləməsi üçün əlimizdən gələni edirik", - deyə jurnalistə açılamasında Stiven Uitkoff bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
0
icma.az

1Источники