RU

Çox yemək xərçəng şişlərini qidalandırır? Elmi araşdırma

Çox yemək xərçəng şişlərini qidalandırır?

Tibbi onkologiya və hematologiya üzrə mütəxəssis Prof. Dr. Necdət Üskent, qidalanma ilə xərçəngin inkişafı arasındakı əlaqəyə diqqət çəkərək xəbərdarlıq edib: “Aparılan araşdırmalara görə, karbohidratla zəngin və həddindən artıq yeməklərlə qidalanmaq bədəndəki şişlərin ölçüsünü artırır”.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Prof. Dr. Mehmet Özcan da bildirib ki, bu sahədə çoxsaylı elmi araşdırmalar aparılıb. Prof. Dr. Necdət Üskent həmin araşdırmalardan ilkin nümunənin 1994-cü ildə Lissabonda keçirilən ESMO konqresində təqdim edildiyini xatırladıb.

Oruc tutanlarda şişlər kiçilir

Sözügedən araşdırmada döş xərçəngi olan qvineya donuzları iki qrupa ayrılıb: bir qrup normal şəkildə qidalanmağa davam edib, digər qrup isə ac saxlanılıb. Nəticədə oruc tutan heyvanlarda şişlərin kiçildiyi, davamlı qidalananlarda isə xərçəngin böyüdüyü müşahidə olunub.

İnsanlar üzərində də oxşar nəticələrin əldə edildiyini bildirən Prof. Dr. Üskent deyib: “Xərçəng xəstələri üzərində aparılan 16-18 saatlıq oruc sınaqları nəticəsində şişin ya kiçildiyi, ya da inkişafının dayandığı görüldü”.

Əsas məsələ: karbohidratı azaltmaq

Aclığın burada yanlış anlaşılmaması gərəkdiyini vurğulayan Prof. Dr. Üskent əlavə edib: “Əslində diqqət mərkəzində olan şey karbohidratları azaltmaqdır. Bu zaman vitaminlər, minerallar və antioksidantlarla zəngin, zülal əsaslı və daha az miqdarda yeməkdən ibarət qidalanma planı nəzərdə tutulur”.

Yemək sayını azaltmaq faydalıdır

“Gündə üç dəfə yemək” prinsipi əslində sağlam deyil, pis bir vərdişdir – deyə Prof. Üskent çıxışını belə yekunlaşdırıb:

“Xərçəng hüceyrələri bizim öz hüceyrələrimizdir və qəribə səslənsə də, yaşamaq üçün mübarizə aparırlar. Onları qidalandıran əsas amillər nişasta, çörək və digər karbohidratlardır. Hazır qidalardan uzaq durmaq, heyvani zülalları azaltmaq, bitki mənşəli zülalları isə artırmaq böyük əhəmiyyət daşıyır. Qırmızı və sarı rəngli tərəvəzlər güclü antioksidantlarla zəngin olduqları üçün gündəlik rasionumuzda yer almalıdır. Eyni zamanda allium qrupuna aid (soğan, sarımsaq kimi) məhsullar da xərçəngə qarşı mübarizədə bol istehlak edilməlidir”.

Tərcümə: Könül Oruc

E-saglam.az


Избранный
0
e-saglam.az

1Источники