İran və Azərbaycan arasındakı münasibətlər çoxşaxəlidir.
"Report" xəbər verir ki, bunu İran Xarici işlər nazirinin müavini Səid Xətibzadə Beynəlxalq Jurnalistlərin Təhlili Mərkəzində keçirilən görüşdən öncə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, bölgədə İran və Azərbaycan qədər bir-birinə sıx bağlı başqa iki ölkə yoxdur:
"Xalqlarımız da bir-birinə çox bağlıdır. İki ölkə arasında yaranan hansısa süni maneələrə mane olmağa, münasibətləri öz məcrasına qaytarmağa çalışırıq".