RU

Rezidentura imtahanı ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başladı

BAKI, 6 may. TELEQRAF

Mayın 4-də keçirilmiş rezidenturaya qəbul üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başladı.

Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 6 may saat 10:00-dan 7 may saat 17:00-dək müraciət edə bilərlər.

Qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyunun 29-da keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat 4–12 iyun 2025-ci il tarixlərində DİM-in saytında internet vasitəsilə aparılacaq.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 10-da keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.

Mayın 4-də keçirilən imtahanda 72 nəfər bu ilin, 122 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 194 namizəd ikinci mərhələyə buraxılıb.

Избранный
0
6
teleqraf.com

10Источники