RU

İsrail Yəməndə husilərin infrastrukturuna zərbələr endirib

Mayın 5-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20-yə yaxın döyüş təyyarəsi Yəmən sahillərində husilərə məxsus infrastruktura, o cümlədən Hodeyda liman şəhəri və Bajil şəhəri yaxınlığındakı sement zavoduna zərbələr endirib.

Herbiand.az xəbər verir ki, bu barədə İsrailin “Times of Israel” qəzetinin İsrail Müdafiə Qüvvələrinə istinadən xəbər yayıb.

Zərbənin bir gün əvvəl müsəlman şiə azlığı olan Zeydinin radikal husi hərbiləşdirilmiş qruplaşması tərəfindən həyata keçirilən raket hücumuna cavab olduğu bildirilib. İsrailə atılan raket Tel-Əvivin Ben-Qurion Beynəlxalq Hava Limanına düşmüş və bir neçə nəfər yaralanməşdı.

İsrail ordusu bildirib ki, Hudeyda limanı husilər tərəfindən “İran silahlarını, hərbi texnikasını daşımaq və digər terror məqsədləri üçün” istifadə edib.

Избранный
0
herbiand.az

1Источники