RU

Rusiya üzərində daha 105 PUA vurulub

Rusiya

Ötən gecə hava hücumundan müdafiə qüvvələri Rusiyanın regionları üzərində Ukraynaya məxsus 105 təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 5 May saat 21:00-dan (Moskva vaxtı ilə) 6 May saat 04:00-a kimi növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 105 PUA-nı məhv edib və ya ələ keçirib.

PUA-lar Bryansk, Moskva, Penza, Kaluqa, Belqorod, Lipetsk, Samara, Vladimir, Kursk və Rostov üzərində hədəfə tuş gəliblər.

ELÇİN
Избранный
0
reyting.az

1Источники