Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.
Yenisabah.az xəbər verir ki, yarımfinalın cavab oyunları çərçivəsində bir görüş keçiriləcək.
Milan "İnter"i öz meydanında "Barselona" ilə qarşılaşacaq. İspaniyada keçirilən ilk görüşdə 3:3 hesabı qeydə alındığından komandaların şanslarını bərabər qiymətləndirmək olar.
Yarımfinalın digər cavab matçı sabah keçiriləcək. PSJ səfərdə qalib gəldiyi (1:0) "Arsenal"ı qəbul edəcək.
Telegram kanalımız