Pentaqondan verilən yazılı açıqlamada ordunun çəkindirmə qabiliyyətini və döyüş qabiliyyətini qorumaq üçün rəhbərlik strukturunun sadələşdirilməsi lazım olduğu bildirilib.
Turkustan.az xəbər verir ki, bəyanatda həqiqi hərbi xidmətdə olan 4 ulduzlu general və admiral rütbələrinin sayında ən azı 20 faiz azalma olacağı vurğulanıb və Milli Qvardiyada general rütbəsinə malik şəxsi heyətin sayının da eyni nisbətdə ixtisar ediləcəyi qeyd edilib.
Bəyanatda bu addımların “lazımsız bürokratik” proseslər əvəzinə innovasiyaları təşviq edən və əməliyyat mükəmməlliyinə üstünlük verən rəhbərlik strukturunun yaradılması üçün atıldığı qeyd edilib.
Yeni tədbirlərin həyata keçirilməsi ilə müdafiə strukturunun daha çevik və təsirli olacağı bildirilən açıqlamada, "Bu tədbirlər sayəsində dünyanın ən təsirli döyüş qüvvəsi olmağa davam edəcəyik. Güc vasitəsilə sülhü təmin edərək, səmərəliliyimizi, yenilikçiliyimizi və hazırlıq səviyyələrimizi artıracağıq" ifadələri işlədilib.
Aytən Yaşar/ Turkustan.az