Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Rusiyanın uzun illər ərzində Cənubi Qafqazda maraqları olub və indi də var".
Bu barədə politoloq Fikrət Sadıqov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, baxmayaraq ki, Rusiyanın başı Ukraynaya qarışıb, problemlər çoxdur. Moskva öz niyyətinə, məqsədinə nail ola bilmir, sanksiyalar qarşısında zəifləyib, amma Rusiya Cənubi Qafqazı yaddan çıxarmır:
"Rusiya "3+3" formatında özünü böyük bir oyunçu hesab edir. Moskva hesab edir ki, kiməsə diktə etməklə onu öz maraqları çərçivəsində cəlb etmək lazımdır. Ola bilsin, bu istiqamətdə müəyyən işlər görürlər”.
Müsahibimizə görə, xüsusən, Ermənistanı yenidən öz orbitinə qaytarmaq istəyir. F.Sadıqov qeyd edib ki, Kreml Ermənistanı əldən buraxmaq istəmir:
“Çünki biz bilirik ki, Ermənistan Avropa İttifaqına üz tutub. Hətta parlamentdə müəyyən sənəd imzalanıb. Bu da Moskvanı qıcıqlandırır”.

Fikrət Sadıqov: Rusiya "3+3" formatında özünü böyük bir oyunçu hesab edir
Politoloq qeyd edib ki, Rusiyanın əsas maraq dairəsində Ermənistandır. İrəvan təzyiq etməklə, Ermənistandan "3+3" platforması çərçivəsində faydalanmaq istəyir:
“Azərbaycanın isə öz mövqeyi var. "3+3" formatına daxil olan dövlətlər müxtəlif risk və çağırışlara qarşı mübarizəsini davam etdirməlidir. Başqa güclərin, Qərb ölkələrinin regiona müdaxiləsinə imkan verməməliyik".
Aydın Baxış
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.