RU

İran sionist rejimin Yəmənə hücumlarını pisləyir

ain.az, Bizimyol saytına istinadən bildirir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi sionist rejimin (İsrail) Yəmənin Hudeydə limanına və digər infrastrukturlarına hərbi hücumunu kəskin şəkildə pisləyib və bunu açıq cinayət və beynəlxalq hüququn prinsiplərinin ciddi şəkildə pozulması kimi qiymətləndirib.

Bizimyol.info "Mehr" agentliyinə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Bekayi İsrailin Yəməndəki limanlara, sənaye və yaşayış obyektlərinə hücumlarının ABŞ-ın dəstəyi və iştirakı ilə həyata keçirildiyinə işarə edərək, bu hücumların BMT Nizamnaməsindəki qanunsuzluq və dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinin açıq şəkildə pozulması olduğunu bildirib.

Bekayi beynəlxalq ictimaiyyət və region ölkələrini ABŞ və sionist rejimin İslam ölkələrində həyata keçirdiyi qırğın və dağıntılar prosesinin dayandırılması üçün təsirli addım atmağa çağırıb.

Sözçü Bekayi vurğulayıb ki, regionda təhlükəsizliyin yayılmasının qarşısını almağın yeganə yolu Qəzzada soyqırım və İsrailin törətdiyi cinayətlərə son qoymaq və bu rejimin cinayətkarlarının cəzasız qalmasına son qoymaqdır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
0
icma.az

1Источники