Cari mövsümün sonunda baş məşqçi Karlo Ançelotti "Real Madrid" klubundan gedən ilk şəxs olmayacaq. 

Offsideplus.az xəbər verir ki, komanda ilə vidalaşacaq futbolçular siyahısında ilk yerdə David Alaba gəlir. Avstraliyalı müdafiəçi zədələr səbəbindən "Kral klubu"na yardım edə bilmir. 

Onun klubla müqaviləsinin müddəti daha bir il davam etsə də, yayda azad agent olaraq klubdan ayrılması gözlənilir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. 

Qeyd edək ki, David Alaba 2021-ci ildən Madrid təmsilçisinin formasını geyinir.