RU

Rusiyada kartofun qiyməti tarixi rekord həddə çatıb

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyada kartof bahalaşıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Rosstat" məlumat yayıb.

"Rusprodsoyuz"un icraçı direktoru Dmitri Vostrikov bəyan edib ki, kartofun qiymətinin qalxması ehtiyatların azalması, anbarların çatışmazlığı, enerji xərcləri və tələbatın artması ilə bağlıdır.

Həmçinin bildirilib ki, 2024-cü ildə məhsuldarlığın zəif olması da əsas səbəblərdən biridir.

"Rosstat"ın məlumatına görə, ötən il ölkənin bütün təsərrüfatlarında kartof yığımı 2023-cü illə müqayisədə 11,9% azalaraq 17,8 milyon ton təşkil edib. Kənd təsərrüfatı təşkilatlarının yığımı 16,7% azalaraq 4,4 milyon tona, fermerlər və fərdi sahibkarların yığımı isə 13,2 milyon tona düşüb.

Vostrikov qeyd edib ki, 2023-cü ildə rekord məhsul yığılması, əksinə, kartofun maya dəyərinin azalmasına səbəb olub.

Xatırladaq ki, 28 aprel 2025-ci il tarixinə Rusiyada kartofun bir kiloqramının orta dəyəri 85,4 rubl təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
0
1
icma.az

2Источники