Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası davam edir.
İdman.biz xəbər verir ki, bu gün həlledici seriyanın 3-cü oyunu keçiriləcək.
İlk iki görüşdə qələbə qazanan “Sabah” “Neftçi”ni sınağa çəkəcək. Görüş Bakı İdman Sarayında təşkil olunacaq.
Qeyd edək ki, final seriyası 4 qələbəyədək davam edəcək.
Azərbaycan Basketbol Liqası
Final, 3-cü oyun
6 may
19:00. “Sabah” – “Neftçi”
Bakı İdman Sarayı
Seriyada hesab – 2:0
İdman.biz