RU

Almaniyada yaşayan azərbaycanlı layihəsi üçün investor axtarır - Detallar

Almaniyada yaşayan azərbaycanlı öz layihəsinə investor axtarır.

Valyuta.az-a bununla bağlı Vüsal Məmmədzadə özü məlumat verib.

Qeyd edək ki, V.Məmmədzadə, 4 oktyabr 1993-cü ildə Gədəbəy rayonunun Slavyanka kəndində anadan olub. Orta təhsilini elə həmin kənddə bitirib. Ali təhsilini isə Şimali Kiprdə Bank və Maliyyə ixtisası üzrə tam təqaüdlə davam etdirib və bakalavr pilləsini uğurla başa vurub. 2016-cı ildə iqtisadiyyat sahəsində magistr təhsili almaq məqsədilə Almaniyaya köçüb. Hazırda Almaniyada fəaliyyət göstərən "IVECO GROUP" şirkətində satış əməliyyatları üzrə mütəxəssis vəzifəsində çalışır.

V.Məmmədzadə vurğulayıb ki, elektriklə işləyən avtomobillərə marağı məhz bu sahədə fəaliyyət göstərdiyi illər ərzində yaranıb. Bu maraq zaman keçdikcə müşahidələri və texnoloji tendensiyalarla daha da dərinləşib.

Onun sözlərinə görə, bu gün elektrikli nəqliyyat vasitələrinin qarşılaşdığı əsas problemlərdən biri batareya (akkumulyator) məsələsidir. Belə ki, batareyaların qiymətləri olduqca yüksəkdir (bəzi hallarda avtomobilin ümumi dəyərinin 30–50%-nə qədərini təşkil edir). Digər mühüm problem isə şarj müddətinin uzun olmasıdır. Bundan əlavə, tam şarj edilmiş avtomobillərin məsafə qət etmə qabiliyyəti hələ də məhduddur.

V.Məmmədzadənin fikrincə, bu problemin həlli yollarından biri bərpa olunan enerji mənbələrinin işləmə prinsipinə əsaslanmaq ola bilər.

Belə ki, avtomobil ilkin olaraq kiçik həcmli batareya ilə işə salınır və hərəkətdə olduğu müddət ərzində öz enerjisini özü istehsal edir. Bu enerji isə xüsusi enerji saxlama deposunda toplanaraq yenidən istifadə olunur.

Həmyerlimizin təklif etdiyi modeldə yenilik ondan ibarətdir ki, batareyanın həcmi azaldılır və istehsal olunan enerjinin saxlanması üçün yeni bir enerji deposu yaradılır. Bu isə mövcud olan aşağıdakı problemləri kökündən həll edə bilər:

Bahalı batareya xərcləri

Uzun şarj müddəti

Şarj stansiyalarının azlığı

Şarj üçün tələb olunan elektrik enerjisinin sərfiyyatının azalması

Ən əsası isə elektrikli avtomobillər uzun məsafələrdə heç bir problem yaşamadan hərəkət edə biləcəklər.

V.Məmmədzadə qeyd edib ki, bu təklifin həyata keçirilməsi üçün güclü mühəndis komandasına və təxminən ən az 500 000 manat maddi vəsaitə ehtiyac var. Bu yolda onunla birgə irəliləmək istəyən və ideyasına inanan hər kəsi dinləməyə və əməkdaşlığa hazır olduğunu deyib.

Избранный
0
valyuta.az

1Источники