RU

Ukrayna dronları Moskvanı hədəfə aldı: Uçuşlar dayandırıldı

Ukrayna
Ukrayna Silahlı Qüvvələri Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib. 1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum nəticəsində şəhərdə bütün uçuşlar bir müddətlik dayandırılıb, əhali arasında təşviş yaranıb.
Rusiya Milli Aviasiya İdarəsi hücumun ardından açıqlama verərək, Moskva hava məkanında mülki aviasiya da daxil olmaqla bütün uçuşların dayandırıldığını bildirib. Hadisə ilə bağlı məlumat verən Moskva meri Sergey Sobyanin deyib ki, müxtəlif istiqamətlərdən gələn 19 ədəd Ukrayna dronu hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Dronlardan birinin qalıqları yaşayış binasına düşüb, lakin hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.

Ukrayna qüvvələri bundan əvvəl Rusiyanın Kursk vilayətinə də dron hücumu həyata keçirib. Hücum zamanı enerji infrastrukturu hədəf alınıb və nəticədə bölgədə genişmiqyaslı elektrik kəsintiləri baş verib.

Избранный
0
1news.az

1Источники