RU

Sahibkarlara 9% illik faizlə güzəştli kredit imkanı

MCB BOKT QSC, Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə biznesinizi inkişaf etdirmək istəyən sahibkarlara güzəştli kredit imkanları təqdim edir.

Finss.az xəbər verir ki, bu kreditlər, hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulub və Azərbaycan Respublikasının vətəndaşları və ya AR qanunvericiliyinə uyğun təsis olunmuş hüquqi şəxslər müraciət edə bilər.

Kreditin şərtləri:

  • İllik faiz dərəcəsi: 9%
  • Maksimal müddət: 60 ay

Bu kreditlər sahibkarlara bizneslərini genişləndirmək və inkişaf etdirmək məqsədilə xüsusi şərtlərlə təqdim olunur. Güzəştli faiz dərəcəsi və uzun müddətli ödəniş planı ilə sahibkarlar maliyyə ehtiyaclarını daha rahat şəkildə qarşılaya bilərlər.

Ətraflı məlumat üçün keçid: //mcb.az/sif-x%c9%99tti-il%c9%99-guz%c9%99stli-biznes-kredit/

Fuad Mədətov
Finss.az

Избранный
0
fins.az

1Источники