RU

Çində 400 şagirdi olan repetitor toyu ərəfəsində öldü

Çinin Uhan şəhərində kədərli hadisə baş verib.

AzEdu.az "South China Morning Post" qəzetinə istinadən xəbər verir ki, təxminən 20 yaşlı gənc repetitor güclü stres və ağır iş yükü nəticəsində elə iş yerindəcə vəfat edib. Faciə müəllimin toyundan cəmi bir neçə gün əvvəl baş verib.

Məlumata görə, o, onlayn təhsil kursları platformasını idarə edən böyük bir şirkətdə ingilis dili və riyaziyyat üzrə repetitor işləyib və eyni vaxtda 400 şagirdə dərs deyib. Dərslərdən əlavə, o, valideynlərin çoxsaylı sorğularına cavab verir və hər gün buna 6 saat və ya daha çox vaxt sərf edirmiş.

Günlərin birində gənc müəllim yenə ofisdə qalıb. Onun nişanlısı onunla əlaqə qura bilmədiyinə görə narahat olaraq polisə müraciət edib. Növbəti gün təmizlik işçisi müəllimi ofisində ölü vəziyyətdə tapıb. Həkimlər həddindən artıq iş yükü və stress səbəbilə qəfil ürək dayanmasını təsdiqləyiblər.

Избранный
0
2
azedu.az

3Источники