ABŞ Prezidenti Donald Trampın administrasiyası könüllü olaraq ölkəni tərk etməyə qərar verən qeyri-qanuni mühacirlərə 1000 dollar mükafat ödəməyə hazırdır. ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəsmi açıqlamasında deyilir ki, departament öz ölkələrinə qayıtmaq üçün “CBP Home” mobil tətbiqi vasitəsilə mükafat ödəməyi təklif edir. "Bu proqramdan istifadə edən hər bir qeyri-qanuni immiqrant öz ölkəsinə qayıtması faktını təsdiqlədikdən sonra 1000 dollar mükafat alır", - məlumatda deyilir.
Mətləb Salahov