RU

Tramp dediyindən dönmür: İki Dünya Müharibəsində biz qalib gəlmişik

ABŞ Prezidenti Donald Tramp yenə də Dünya Müharibələri haqda danışıb.

Publika.az xəbər verir ki, Tramp bu dəfə də iddia edib ki, 20-ci əsrin iki böyük hərbi münaqişəsində Amerika Silahlı Qüvvələri həlledici rol oynayıb. O, fikirlərini “Truth Social” səhifəsində paylaşıb.

“Biz iki Dünya Müharibəsində qalib gəldik, amma heç vaxt buna görə tərif götürmədik... Qələbə yalnız bizim sayəmizdə qazanıldı”, - Donald Tramp tarixi hadisələrlə bağlı fikirlərini səsləndirib.

Amerika lideri bir neçə gün əvvəl də oxşar bəyanatla çıxış etmişdi. “Truth Social” hesabında əvvəlki yazısında o, hər iki Dünya Müharibəsində "ABŞ-ın qələbəsini" qeyd etmək üçün 8 və 11 may tarixlərini bayram elan etmişdi.

Избранный
0
2
publika.az

3Источники