RU

Gəncədə 2 maşın toqquşdu – 1 nəfər xəstəxanalıq oldu - VİDEO

Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Abbas Səhhət qəsəbəsi adlanan ərazisində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili ilə “Niva” toqquşub. Şahidlərin sözlərinə görə, qəza zamanı “Mercedes”ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə DYP-nın əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Избранный
0
bizim.media

1Источники