Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Sarımsaq əsrlərdir həm yeməklərdə, həm də xalq təbabətində istifadə olunur.
Milli.Az bildirir ki, çiy halda yeyildikdə bədəni toksinlərdən təmizləyib xroniki xəstəliklərə qarşı qoruyur.
Mütəxəssislər bildiriblər ki, hər səhər acqarına bir diş çiy sarımsaq udmaq immuniteti gücləndirir, həzmi yüngülləşdirir və pis xolesterolu aşağı salır. Sarımsağın tərkibindəki "allisin" adlı maddə bakteriya, virus və göbələklərə qarşı bədəni qoruyur, damarların tıxanmasının qarşısını alaraq ürəktutma və insult riskini azaldır. Bundan başqa, bağırsaq hərəkətlərini sürətləndirərək qəbizlik problemini aradan qaldırır, şişkinlik və həzmsizlik kimi narahatlıqları azaldır. Mütəxəssislər qeyd ediblər ki, sarımsaq həmçinin iltihab əleyhinə təsiri ilə oynaqlarda ağrını, revmatizmi və dəri problemlərini yüngülləşdirə bilər.
Sarımsağın iltihab əleyhinə xüsusiyyəti sayəsində bədəndəki xroniki iltihab azalır və bu, üzdə sızanaq və qızartıların azalmasına kömək edə bilər. Dəri bir qədər təmiz və parlaq görünə bilər, çünki sarımsaq bədəndə qan dövranını sürətləndirir və toksinlərin atılmasını dəstəkləyir. Bəzi insanlarda isə tər qoxusunda sarımsaq iyinə bənzər bir dəyişiklik ola bilər, çünki sarımsağın tərkibindəki kükürdlü maddələr dəri vasitəsilə də xaric ola bilir.
Həkimlər çiy sarımsağın ən yüksək fayda üçün əzilmədən, su ilə udulmasını tövsiyə ediblər, lakin mədə həssaslığı olanların və dərman qəbul edənlərin bu vərdişə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşmələri tövsiyə olunub.
İsmayıl
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.