RU

Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

style='margin-bottom:10px;'>

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.

QOL.az xəbər verir ki, yarımfinalın cavab oyunları çərçivəsində bir görüş keçiriləcək.

Milan "İnter"i öz meydanında "Barselona" ilə qarşılaşacaq. İspaniyada keçirilən ilk görüşdə 3:3 hesabı qeydə alındığından komandaların şanslarını bərabər qiymətləndirmək olar. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinalın digər cavab matçı sabah keçiriləcək. PSJ səfərdə qalib gəldiyi (1:0) "Arsenal"ı qəbul edəcək. 

6 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

23:00. "İnter" (İtaliya) - "Barselona" (İspaniya)

Hakimlər: Simon Marçinyak, Tomas Listkeviç, Adam Kupsik, Pavel Raçkovskiy (Polşa)

VAR: Dennis Hiqler (Niderland)

AVAR: Pol van Bokel (Niderland)

Milan. "Cüzeppe Meeazza"

İlk oyun - 3:3

7 may

23:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə)

İlk oyun - 1:0

Избранный
0
teleqraf.com

1Источники