RU

"Uçan adam"öldü

Türkiyədə "Uçan adam" kimi tanınan Səbri Yıldız dünyasını dəyişib.

Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbət verir.

“Uçan adam”ın ölüm xəbərini YouTuber Testo Taylan sosial media hesabında açıqlayıb.

Esra Ceyhanın illər əvvəl Kanal D-də yayımlanan verilişinə qonaq qismində qatılan Sabri Yıldız proqramda qeyri-adi hərəkətləri ilə tanınıb.

Türkiyə televiziya tarixinin ən maraqlı personajlarından biri kimi yadda qalan Səbri Yıldız qatıldığı bir proqramda "Allah Allah" deyərkən özünü yerə ataraq "havada dayandığını" iddia edib.

Üstəlik, “Havada durdum, şahidlərim var” sətri sosial mediada trend mövzusuna çevrilib və uzun illər məşhurluğunu davam etdirib.

Murad Məmmədli

Избранный
0
bakivaxti.az

1Источники