Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ Müdafiə Nazirliyi ordu strukturunun sadələşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması məqsədilə general və admiralların sayının 20 faiz azaldılacağını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, nazirlikdən verilən açıqlamada ordunun çəkindirmə və döyüş qabiliyyətinin qorunub saxlanması üçün rəhbərlik strukturunun sadələşdirilməli olduğu bildirilib.
Bəyanatda həqiqi hərbi xidmətdə olan 4 ulduzlu general və admiral rütbələrinin sayında ən azı 20 faiz azalma olacağı vurğulanıb və Milli Qvardiyada general rütbəsinə malik şəxsi heyətin sayının da eyni nisbətdə ixtisar ediləcəyi qeyd edilib.
Bəyanatda bu addımların “lazımsız bürokratik” proseslər əvəzinə innovasiyaları təşviq edən və əməliyyat mükəmməlliyinə üstünlük verən rəhbərlik strukturunun yaradılması üçün atıldığı qeyd edilib.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.