RU

Millət vəkillərindən “deputatlar Azərbaycan dilindən imtahan verməlidir” fikrinə REAKSİYA

Son zamanlar geniş şəkildə müzakirə olunan mövzulardan biri də müvafiq sahədə çalışanların dil biliyinin yoxlanılması ilə bağlıdır. Bu prosesə dil daşıyıcıları olan müəllim və jurnalistlərin də qoşulması müzakirə olunan mövzulardandır.

Son günlərdə isə sabiq deputat Etibar Əliyev KİV- ə açıqlamasında bildirib ki, bir çox ölkələrdə dil biliklərinin yoxlanılması praktikada özünü göstərir və Azərbaycanda da bu təcrübədən istifadə olunmalıdır. O, deputatların dil biliklərinin yoxlanılmasının vacibliyini vurğulayıb. Etibar Əliyev həmçinin vurğulayıb ki, Milli Məclis daxil, dövlət qrumlarının hər birində Azərbaycan dilində danışılmalıdır.

Bizim.Media-ya məsələ ilə bağlı millət vəkillərinin fikirlərini öyrənib.

Deputat Aqil Abbas bildirib ki, deputat üçün Azərbaycan dilindən imtahan vermək gülməlidir:

“Deputatların içində dili bilməyən adam yoxdur. Hamısı Azərbaycan dilini çox gözəl bilir, çıxışları da buna sübutdur. Mən özüm Azərbaycan dili müəllimiyəm və bir il  də bu sahə üzrə işləmişəm.

Eyni zamanda,  30 - a qədər ana dilində roman, povest, hekayə yazmışam. Mən gedib imtahan verməliyəm?” - deyə deputat etirazınıı bildirib.  

Milli Məclisin üzvü Razi Nurullayev də sabiq həmkarının fikirləri ilə razılaşmayıb:

“Sadəcə onu deyə bilərəm ki, deputatlarımızın hamısı Azərbaycan dilində çox yaxşı danışırlar, hər şey göz qabağındadır”, - deyə o, əlavə edib.

Aygün Hüseyn, Bizim.Media

 

Избранный
0
bizim.media

1Источники