RU

Səfir: Rusiya Çexiyaya nota göndərib, amma cavab almayıb

BAKI, 6 may. TELEQRAF.

Rusiya Çexiyaya diplomatik nota göndərib.

Teleqraf xəbəк verir ki, Federasiya rəhbərliyigərək Sovet İttifaqının marşalı İvan Konevin sökülmüş abidəsinin dəqiq yerinin müəyyənləşdirilməsinəköməklik göstərilməsini xahiş edib.

Bu barədə Rusiyanın Praqadakı səfiri Aleksandr Zmeyevski bildirib. O deyib: “Sovet marşalı İvan Konevin abidəsi Qələbənin, Çexoslovakiyanın və onun paytaxtı Praqanın nasist işğalından azad edilməsinin, general Lüdvikin I Çexoslovakiya Ordusu Korpusunun əsgərləri ilə çiyin-çiyinəbu döyüşlərə töhfə vermiş Qırmızı Ordunun şücaətidir. Qələbə 140 min Qırmızı Ordu əsgərinin həyatı bahasına başa gəlib”.

A.Zmeyevski vurğulayıb ki, Rusiya abidələrin qoyulduğu yerlərdə qorunub saxlanılmasını zəruri sayır: "Bu, həm tarix, həm də mənəviyyat baxımından düzgündür. Üstəlik, bu, 1993-cü ilRusiya-Çexiya müqaviləsinin əsasında bu yanaşma dayanır".

Səfirin sözlərinə görə, sökülən heykəlin Rusiyaya verilməsi ilə bağlı Çexiya tərəfdən heç bir rəsmi təklif olmayıb. "Biz bu yaxınlarda Respublika Xarici İşlər Nazirliyinə nota göndərmişik ki, səfirliyin diplomatik heyətinə dəqiq yerin müəyyən edilməsində və sökülən heykəlin vəziyyətinin yoxlanılmasında yardım göstərilsin. Əvvəlki müraciətlərə müsbət cavab verilməyib".

Избранный
0
teleqraf.com

1Источники