RU

Pakistan Kəşmir terrorunda iştirakını inkar edib

Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd bildirib ki, İslamabad Kəşmirdəki terror aktında əli olması ilə bağlı iddiaları rədd edir...

Poliqon xəbər verir ki, bunu Əhməd BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) qapalı məsləhətləşmələrdən sonra jurnalistlərə deyib.

Daimi nümayəndə əlavə edib ki, Pakistan Təhlükəsizlik Şurasının üzvləri kimi hücumu pisləyib. Onun sözlərinə görə, Pakistan qarşıdurma istəmir, lakin öz suverenliyini müdafiə etməyə hazırdır.

“Hindistanın bəyanatları əsassız ittihamlardan başqa bir şey deyil və siyasi maraqlara və strateji məqsədlərə xidmət edir”, deyə Pakistanın nümayəndəsi bildirib.

Qeyd edək ki, bundan əvvəl Asim İftixar Əhməd bəyan etmişdi ki, münaqişənin həllinə kömək etmək üçün məsuliyyət BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü, Rusiya, Çin, Böyük Britaniya, ABŞ və Fransanın üzərinə düşməlidir.

Xatırladaq ki, Cammu və Kəşmirdə terror aktı aprelin 22-də baş verib. Silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfər ölüb. Ölənlərin demək olar ki, hamısı Hindistan vətəndaşları, bir nəfər isə Nepaldan olan turist olub.

Poliqon.info

Избранный
0
2
poliqon.info

3Источники