RU

Yaponiyada inanılmaz kəşf: 2,6 milyon illik qədim kəpənək tapıldı

Yaponiyanın Bənzərsiz Fosil Həşəratlar Muzeyində onilliklər ərzində naməlum qalan nadir fosil izinin sirri açılıb. Belə ki, onun elmə məlum olmayan nəsli kəsilmiş bir kəpənək növünə aid olduğu ortaya çıxıb.

Publika.az xəbər verir ki, Hyoqo prefekturasından tapılan fosil əvvəllər məlum olmayan növə aiddir və onu kəşf edən Kiyoşi Kamitaninin şərəfinə "Tacola kamitanii" adlandırılıb.

"Paleontological Research" jurnalı bildirir ki, bu kəpənək "qeyri-adi böyük" (təxminən 9 santimetr) qanadları ilə seçilir.

Bu, Erkən Pleistosen dövrünə (2,6-1,8 milyon il əvvəl) aid olan ilk kəpənək fosilidir. O, nəsli kəsilmiş "ən gənc" kəpənək növü hesab edilir.

Tapıntı Tacola cinsinin məlum diapazonunu genişləndirir və qədim zamanlarda bu kəpənəklərin Cənub-Şərqi və Şərqi Asiyada geniş yayıldığını göstərir.

Избранный
0
publika.az

1Источники