Britaniya Rusiyadan gələn təhlükəkələri nəzərə alaraq müharibıəyə hazırlaşır...
Poliqon “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, hökümət səlahiyyətlilərinə fövqəladə hallar planlarını yeniləmək tapşırılıb. Bu planlar sonuncu dəfə 2005-ci ildə redaktə olunub.
The Telegraph qeyd edir ki, planın yenilənməsi Britaniyanın müharibəyə hazır olmaması ilə bağlı narahatlıqlar fonunda baş verir. Bu plan Britaniya adasına hücumdan sonra ilk günlərdə fəaliyyət strategiyasını ehtiva edir. Sənəddə hökumətin müharibə elanına reaksiyası, o cümlədən nazirləri və kral ailəsini qorumaq üçün bunkerlərdən istifadə, ictimai yayımın təşkili və resursların mərkəzləşdirilməsi göstərilir.
Nəşrin məlumatına görə, yenilənmiş plan Böyük Britaniyaya qeyri-nüvə və ya nüvə başlıqları olan raketlərlə hücum, həmçinin kiberhücum zamanı ilk günlər üçün hərəkətlərin alqoritmini təqdim edir. Sənədin çox güman ki, gizli qalacağı qeyd edilir.
Poliqon.info