RU

Qızılla bəzədilmiş avtomobil nümayiş etdirildi

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Mansory" atelyesinin "Linea d'Oro" proqramı çərçivəsində hazırlanan "Rolls-Royce Wraith" kupe modeli 24 karatlıq qızıl ilə işlənib.

Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, avtomobilin dizaynında yeni karbon lif örtüyü və mühərrik gücünün artırılması da nəzərə çarpır.

Xarici və daxili panellərin çox hissəsinə incə qızıl təbəqəsi çəkilib. Hətta təkər diskləri də qızıl ilə işlənib. Avtomobil qara rəngdə hazırlanıb. Salon qara dəri və qızılı sarı tikişlərlə bəzədilib.

Nümayiş olunan avtomobil üçün mühərrik tənzimləmələri haqqında məlumat verilmir. Məlumdur ki, ən güclü versiyada mühərrik 700 at gücündən daha artığına malikdir. Lakin "Linea d'Oro" versiyasını standart mühərrik ilə də sifariş etmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
0
2
icma.az

3Источники