RU

Əsədin hakimiyyətdən getmməsi Aİ-də sığınacaq axtaranların sayını azaldıb

Suriyada Bəşşar Əsəd rejiminin devrilməsindən sonra ölkəsuriyalıların AB-yə sığınacaq üçün müraciətlərinin sayı ən aşağı həddə çatıb.

"Report" "Le Figaro"ya istinadən xəbər verir ki, bu barədə Avropanın Sığınacaq Agentliyi (EUAA) məlumat yayıb.

“Fevralda 5 min suriyalı Avropadan sığınacaq istəyib ki, bu, tarixən 10 ildən çox müddətdə müşahidə olunmayan aşağı rəqəmdir”, - agentliyin məlumatlarında qeyd olunur.

EUAA-nın məlumatına görə, ölkənin müxalif qüvvələrinin 2024-cü ilin dekabrında hakimiyyətə gəlməsi Avropada sığınacaqla bağlı vəziyyətin əhəmiyyətli dəyişməsinə səbəb olub, müraciətlərin sayı 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 70 % azalıb.

Suriyalılar indiyədək Aİ-nin 27 ölkəsində onlara verilən müdafiədən faydalanıblar.

“Sığınacaqla bağlı son statistika başqa yerlərdə sabitliyin Avropa üçün nə qədər vacib olduğunu göstərir”, - Aİ-nin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner yeni vəziyyəti şərh edərkən deyib.

Избранный
0
report.az

1Источники